|
|
|
|

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə ticarət sazişinin imzalandığını elan edib.
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb..
“Biz razılıq əldə etdik, saziş imzaladıq, məhsuldar görüş keçirdik və çox məsələni müzakirə etdik”, - Ağ Ev lideri bildirib.
Donald Tramp və Cənubi Koreya lideri Li Cemyön arasında görüş ABŞ prezidentinin üç ölkəni əhatə edən Asiya turnesi çərçivəsində baş tutub. Turne Malayziyadan başlayıb, daha sonra Tramp Yaponiyaya, ardınca Cənubi Koreyaya səfər edib. Burada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) növbəti sammiti işə başlayıb.
Əgər razılaşma olmasaydı, Cənubi Koreyanın avtomobil və polad istehsalçıları 15% əvəzinə ABŞ tərəfindən tətbiq edilən 25% tarif ödəməli olardılar ki, bu da onları Tokio ilə ABŞ arasında bağlanmış razılaşmadan sonra 15% ödəyən yapon rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə salırdı.
Pərvanə Sultanova



