|
|
|
|

“Microsoft” və “OpenAI” “ChatGPT” istehsalçısının yenidən qurulmasına imkan verən və şirkəti 500 milyard dollar dəyərində qiymətləndirən tarixi müqavilə imzalayıb.
525.az xəbər verir ki, bu tənzimləmə OpenAI-nın qeyri-kommersiya fondundan ictimai fayda korporasiyasına çevrilməsinə imkan verir. Yeni struktura əsasən, “Microsoft” “OpenAI Group PBC” də təxminən 135 milyard dollar dəyərində, yəni 27 faiz paya sahib olacaq.
Belə ki, müqavilədən sonra “Microsoft”un səhmləri 2,5 faiz bahalaşıb və bazar dəyəri yenidən 4 trilyon dolları keçib.
Qeyd edək ki, müqavilə 2032-ə qədər qüvvədə qalacaq.
Məhəmməd Tağıyev



