|
|
|
|

Kuba prezidenti Migel Dias-Kanel Melissa qasırğası səbəbindən ölkədə 735 mindən çox insanın təxliyə edildiyini bildirib.
525.az xəbər verir ki, Kanel “X”sosial media platformasında qasırğa haqqında yazı paylaşıb. Melissa qasırğası səbəbiylə ölkədə 735 mindən çox insanın təxliyyə edildiyini bildirən Kanel: “Bütün Kuba üçün çox çətin bir gecə olacaq, ancaq bunun öhdəsindən gələcəyik", - deyib.
Digər tərəfdən, ABŞ Milli Qasırğa Mərkəzi (NHC) qasırğanın Kubanın cənub-şərq sahillərinə 3-cü kateqoriya səviyyəsində çatdığını açıqlayıb.
Qeyd edək ki, qasırğanın Yamayka və Kubanın cənub-şərqində sahilə çıxacağı proqnozlaşdırılmışdı.
Məhəmməd Tağıyev



