|
|
|
|

Almaniya kansleri Fridrix Mertz bu gün Türkiyəyə səfər edəcək.
525.az xəbər verir ki, Mertz səfər öncəsi "X" sosial şəbəkə hesabında paylaşım edib. O, Türkiyə ilə tərəfdaşlığın genişləndirilməsini istədiyini vurğulayıb.
“Türkiyə ilə məni xüsusi və çoxşaxəli münasibətlər birləşdirir. Xarici və təhlükəsizlik siyasəti, eləcə də miqrasiya, enerji və ticarət məsələləri. Sıx tərəfdaşlığımızı daha da genişləndirmək istəyirəm”, - deyə Almaniya kansleri qeyd edib.
Mertz həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.
İbrahim Cəfərov



