|
|
|
|

Qazaxıstan prezidentinin keçmiş məsləhətçisi Yerjan Babakumarov Astanada qətlə yetirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Qətl məişət zəminində baş verib. Babakumarovun tanışı ilə mübahisəsi sonradan davaya çevrilib. Ağır bədən xəsarəti alan 56 yaşlı Babakumarov hadisə yerində keçinib.
Qeyd edək ki, qətldə şübhəli bilinən şəxs saxlanılıb, araşdırma aparılır.
L.Tağıyeva



