|
|
|
|

Türkiyənin Balıkesir vilayətində növbəti dəfə zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda 3.5 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla 14:14-də baş verən yeraltı təkanlar 7.92 km dərinlikdə qeydə alınıb.
Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.
Xatırladaq ki, 3 gün əvvəl Balıkesirdə 6.1 bal gücündə zəlzələ olub.
İsgəndər Həsənov



