|
|
|
|

Fransa prezidenti Emmanuel Makrona olan inam kəskin azalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Verian Group" sosioloji kompaniyanın keçirdiyi sorğudan sonra məlum olub.
Oktyabrın 26-dan 28-ə kimi 1000 nəfər yetkinlik yaşına çatmış şəxs arasında aparılan sorğunun nəticələrinə görə cəmi 11 faiz respondent Makrona inandığını bildirib.
Yeri gəlmişkən, Makron ölkənin ən populyar 50 siyasətçisi siyahısına da düşə bilməyib. Buna kimi prezidentlər arasında ən pis göstərici keçmiş prezident Fransua Ollanda məxsus olub - 43-cü yer.
L.Tağıyeva



