|
|
|
|

“Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda Rusiya Federasiyasında prioritet hədəflərə qarşı yeni uzaq məsafəli zərbələr hazırlayır”.
525.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, ölkənin Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri ilə birlikdə uzaq məsafəli zərbələr üçün prioritet hədəflər müəyyən edilib:
“Biz onların hamısını mütləq şəkildə həyata keçirəcəyik", - Zelenski qeyd edib.
Pərvanə Sultanova



