|
|
|
|

Bu gecə Bakı vaxtı ilə 00:28-də Əfqanıstanda 6.3 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
L.Tağıyeva



