|
|
|
|

“Hizbullah” hərbi rəhbərliyinin üzvü Məhəmməd Əli Hədid Livanın cənubunda İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub.
525.az xəbər verir ki, bu barədə “Al Hadath” nəşri yazıb.
Məlumata görə, komandir İsrail dronu tərəfindən vurulan nəqliyyat vasitəsində olub. Hadisə Nəbatiyə şəhərində (Beyrutdan 70 km məsafədə) baş verib.
Daha əvvəl İsrail Hərbi Hava Qüvvələri bu şəhər yaxınlığındakı Əd-Duveyr “Hizbullah”a bağlı təşkilatların ofislərinin yerləşdiyi bir neçə binaya zərbələr endirib, yaralıların olduğu bildirilir, itkilər barədə isə məlumat verilməyib.
Pərvanə Sultanova



