|
|
|
|

Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ 6,4 bal gücündə olub.
Yeraltı təkanlar 28 kilometr dərinlikdə baş verib.
Qeyd edək ki, Rusiyanın Kamçatka yarımadasına sentyabr ayında daha güclü - 7.8 bal gücündə zəlzələ olmuşdu.
İsgəndər Həsənov



