|
|
|
|

Türkiyənin Konya şəhərində ağır yol qəzası baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Hadim bölgəsində şagirdləri daşıyan avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus uçurumdan aşıb, 13 şagird və sürücü yaralanıb.
Hadisə yerinə dərhal xilasedicilər, polis və tibb işçiləri cəlb olunub. Uçurumdan çıxarılan yararılara yerində ilkin tibbi yardım göstərilib. Daha sonra isə yaralılardan biri helikopterlə olmaqla, 14 yaralı Konyadakı xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma başlayıb.
İsgəndər Həsənov



