|
|
|
|

Nepaldakı Yalung Ri dağında qar uçqunu bədbəxt hadisəyə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qar uçqunu nəticəsində beş əcnəbi alpinist və iki nepallı bələdçi həlak olub.
Rəsmilər həmçinin təxminən 4900 metr yüksəklikdə yerləşən baza düşərgəsində beş nəfərin yaralandığını bildiriblər.
Əlavə edilib ki, həlak olan əcnəbi alpinistlərin milliyyəti və şəxsiyyəti hələ müəyyən edilməyib.
Xilasetmə qrupları helikopterlə hadisə yerinə çatmağa çalışsalar da, pis hava şəraiti səbəbindən geri dönmək məcburiyyətində qalıblar. Qeyd edək ki, təxminən 5600 metr hündürlükdə olan Yalung Ri dağına çox vaxt təcrübəsiz alpinistlər yüksək hündürlüyə dırmaşmaq üçün üstünlük verirlər.
İsgəndər Həsənov



