|
|
|
|

Serbiyanın "Radniçki 1923" Futbol Klubunun məşqçisi Mladen Jijoviç oyun zamanı dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Serbiya çempionatının 14-cü turunda "Mladost"la səfər oyununda baş verib.
Birinci hissənin gedişində hesab qonaqların xeyirinə 2:0 olarkən huşunu itirən məşqçi xəstəxanaya aparılıb. Lakin orada vəfat edib. Oyun məşqçi xəstəxanaya qaldırılandan sonra 20 dəqiqə davam etsə də, onun ölüm xəbəri gələndən sonra dayandırılıb. Jijoviçin ölümünün dəqiq səbəbi bilinmir. Böyük ehtimalla o, ürək tutmasından həyatını itirib.
Qeyd edək ki, 44 yaşlı Jijoviç "Radniçki 1923"ə oktyabrın 22-də təyin olunmuşdu. "Mladost" matç onun yeni komandasında 3-cü oyunu idi.
Futbolçu karyerasında Serbiya, Albaniya, Bosniya və Herseqovinanın müxtəlif komandalarında çıxış edən Jijoviç Bosniya və Herseqovina millisində də 2 oyunda forma geyinmişdi.
L.Tağıyeva



