|
|
|
|

Nepalda Panbari pikinə qalxan 2 italiyalı alpinist həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Alessandro Kaputo və Stefano Farronatodur.
Alpinistlərlə əlaqə oktyabrın 31-də kəsilmişdi. Onların axtarışları davam etdirilsə də, bu gün səhər alpinistlərin öldüyü məlum olub. Panbariyə qalxan qrupun digər üzvlərindən hələki bir xəbər yoxdur.
Qeyd edək ki, Panbari piki dəniz səviyyəsindən 6887 metr yüksəklikdə yerləşir. Alpinistlərin təxmini 5 min metr hündürlükdə çovğuna düşmələri ehtimal edilir.
L.Tağıyeva



