|
|
|
|

Böyük Britaniyanın “Euromonitor” araşdırma şirkəti dünyanın ən çox ziyarət edilən şəhərlərinin reytinqini tərtib edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sıralama turizm infrastrukturu, dayanıqlılıq və iqtisadi artım kimi meyarlara əsasən müəyyənləşib.
Sıralamada birinci yerdə Banqok qərarlaşıb. Tailand paytaxtını ötən il 30.3 milyon turist ziyarət edib.
İkinci pillədə 23.2 milyon turistlə Honqkokdur. İlk üçlüyü isə London qapayır. Böyük Britaniya paytaxtına 22.7 milyon turist səfər edib.
Dünyanın ən çox ziyarət olunan şəhərlərinin ilk 10-luğunda həmçinin, Makao (Çin, 20.4 milyon), İstanbul (Türkiyə, 19.7 milyon), Dubay (BƏƏ, 19.5 milyon), Məkkə (Səudiyyə Ərəbistanı, 18.7 milyon), Antalya (Türkiyə, 18.6 milyon), Paris (Fransa, 18.3 milyon) və Kuala Lumpur (Malayziya, 17.3 milyon) yer alıb.
İbrahim Cəfərov



