|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Rusiya paytaxtı üzərində hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə saatlarında Moskvaya eniş edə bilməyib.
525.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabında yazıb.
Təyyarə Sankt-Peterburqa doğru hərəkət edərək Pulkovo hava limanına təhlükəsiz şəkildə eniş edib.
Onun sözlərinə görə, səhər saatlarında Baş nazir Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında, eləcə də elm və texnologiya sahəsində beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya yola düşüb.
Məlumata görə, dekabrın 10-u gecəsi Rusiyanın Moskva bölgəsi Ukraynanın pilotsuz təyyarələrinin irimiqyaslı zərbələrinə məruz qalıb. Bu səbəbdən Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib.
Pərvanə Sultanova




