|
|
|
|

Birləşmiş Ştatlar Avropa İttifaqına üzv dövlətlərdən 2026-cı ilin əvvəlində Qəzza zolağında yerləşdirilmək üçün Beynəlxalq Stabilləşdirmə Qüvvələri (ISF) üçün qoşun göndərməyi tələb edib.
525.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Qeyd olunub ki, Amerika rəsmiləri avropalı diplomatlara bildiriblər ki, əgər üzv ölkələr əsgər göndərməsələr və ya dəstək verməsələr, bunu İsrail ordusu edəcək və anklavdan çıxmayacaq.
Mesaj belədir: "Əgər Qəzzaya getməyə hazır deyilsinizsə, İsrail Müdafiə Qüvvələrinin orada qalacağından şikayət etməyin".
9 oktyabrda İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Növbəti gün Qəzza zolağında atəşkəs qüvvəyə minib.
Amerikanın "Axios" portalına görə, Tramp 25 dekabra qədər Qəzza zolağında sülh planının ikinci mərhələsinin başlandığını elan etməyi planlaşdırır. Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və Sülh Şurası da daxil olmaqla, zolağı idarə edən strukturların işə başlamasını əhatə edir.
Pərvanə Sultanova



