|
|
|
|

"Çin ilə Azərbaycan arasında praqmatik əməkdaşlıq mühüm və səmərəli nəticələr verib. İkitərəfli münasibətlərin keyfiyyətinin və səviyyəsinin yüksəlməsi ilə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı sürətli inkişaf nümayiş etdirib".
525.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
Səfir bildirib ki, Çin-Azərbaycan ticarəti genişlənməkdə davam edir. Bu ilin yanvar-oktyabr aylarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% artaraq 2,44 milyard dollara çatıb.
İllik rəqəmin yeni tarixi rekorda imza atacağı gözlənilir. Bu, həm də ardıcıl üçüncü il rekord qıran ikitərəfli ticarət həcmini qeyd edəcək.
Diplomat əlavə edib ki, Çin Azərbaycanın ən böyük idxal mənbəyi və dördüncü ən böyük ticarət tərəfdaşı kimi mövqeyini qorumaqda davam edir. İki ölkə arasında investisiya, iqtisadi və texnoloji əməkdaşlıq dərinləşməkdədir.
Çin müəssisələri Azərbaycanda fəal layihələr həyata keçirir, o cümlədən tikinti materialları və istehsal edir.
Pərvanə Sultanova



