https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
search
3 İyul 2026

WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - FOTO

WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - FOTO

Dünya Karate Federasiyası (WKF) azərbaycanlı karateçi Rafael Ağayevlə bağlı paylaşım edib.

525.az xəbər verir ki, paylaşım qurumun İnstaqramdakı rəsmi səhifəsində yayımlanıb.

“Hamı onun adını bilir. Çox az adam əfsaninin tarixçəsini bilmir” - deyə paylaşımda qeyd olunur və onunla bağlı aşağıda qeyd olunan 8 məqam qeyd edilir:

1. O, 4 mart 1985-ci ildə Sumqayıtda (Azərbaycan) anadan olub.

2. Şotokan növündə döyüşür.

3. 5 qat WKF dünya çempionudur.
Fərdi dünya çempionatlarında ən çox qələbə qazanan karateçidir.

4. “Şərqin Panteri” ləqəbi ilə tanınır.

5. 11 dəfə Avropa çempionatının qalibi olub.

6. 7 yaşında məşqlərə başlayıb. Buna futbolçu olan atasının və döyüş sənətləri ilə məşğul olan qardaşlarının təsiri olub; onlar onda idmana dərin sevgi aşılayıblar.

7. Anası onun intizamının və dəyərlərinin formalaşmasında mühüm rol oynayıb.

8. Ağayev Tokio-2020 Olimpiya Oyunlarında çıxış edərək kişilər arasında kumite −75 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.