https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
search
3 İyul 2026

“Qarabağ” qış hazırlıqlarına start verdi

“Qarabağ” qış hazırlıqlarına start verdi

“Qarabağ” Futbol Klubu 2025/26 mövsümünün ikinci hissəsinin hazırlığına start verib.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçirib.

Komandanın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.