https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
search
3 İyul 2026

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı

“Araz-Naxçıvan”ın yeni  baş məşqçisi açıqlanıb.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Andrey Demçenko ilə “5 ay+1 il” illik müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Elmar Baxşıyevi əvəzləyib.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb. O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub. Ukraynalı baş məşqçinin köməkçiləri barədə əlavə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək. Komanda qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sparrinq - rəqib “Qəbələ” olacaq. Yanvarın 18-də keçirilək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.