https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
search
3 İyul 2026

"Qarabağ" 7 milyon avro tələb edir

"Qarabağ" 7 milyon avro tələb edir

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) hazırda “Borussiya Dortmund”a transfer olunmağı planlaşdırmır.

525.az xəbər verir ki,Polşa mətbuatının yaydığı məlumata görə, Ağdam klubu artıq qolkiperin transfer qiymətini müəyyənləşdirib. 

Məbləğ 7 milyon avro təşkil edir. 

Qeyd edilir ki, “Borussiya” maliyyə baxımından bu məbləği ödəməyə qadir olsa da, transfer mövzusu hazırda nə klub, nə də futbolçunun özü üçün prioritet sayılır.

Bildirilir ki, Koxalski Azərbaycanda özünü rahat hiss edir və ən azı 2025/26 mövsümünün sonuna qədər “Qarabağ”da qalmaq niyyətindədir. O, komandanın əsas heyətində möhkəm yer tutub, mütəmadi olaraq Çempionlar Liqasında çıxış edir və klub real olaraq pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə aparır.

“Borussiya Dortmund”da isə əsas qapıçı mövqeyi İsveçrə millisinin üzvü Qreqor Kobelə məxsusdur. Kobelin, xüsusilə dünya çempionatına hazırlıq mərhələsində, yerini kiməsə vermək niyyətində olmadığı vurğulanır.

Qeyd olunur ki, Koxalski karyerasına çox düşünülmüş yanaşır və yalnız TOP-5 liqalardan gələn təkliflərə görə tələsik qərarlar qəbul etmir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.