https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
search
3 İyul 2026

Braziliya mediasından "Neftçi"nin məşhur hücumçusu ilə bağlı iddia

Braziliya mediasından "Neftçi"nin məşhur hücumçusu ilə bağlı iddia

Neftçi"nin hücumşusun Vinsent Abubakar Braziliyanın “Vasko da Qama” klubuna təklif olunub.

525.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 

"Vasco news" yazır ki, 33 yaşlı hücumçu Braziliya futbolunda oynamağa böyük maraq göstərir və tərəflər üçün sərfəli olacaq razılaşmaya maneə yaratmayacaq. Qeyd edək ki, Abubakar 2022-ci il dünya çempionatında Kamerun millisinin heyətində Braziliya yığmasına vurduğu qolla yadda qalmışdı.

Mənbənin məlumatına görə, “Vasko da Qama” rəhbərliyi təcrübəli forvard variantını nəzərdən keçirir. Klubun hücum xəttində çıxış edən Pablo Veqettinin son dövrlərdəki performansında eniş müşahidə olunduğundan, Abubakarın oyun üslubunun axtarılan tipə uyğun gəldiyi vurğulanır.

Fiziki cəhətdən güclü olan, ayaqla yaxşı oynayan və qol vurmaq bacarığı ilə seçilən Abubakarın yaşının 33 olmasına baxmayaraq, yüksək səviyyəli futbol təcrübəsinə malik olması “Vasko” üçün üstünlük hesab olunur.

Qeyd edək ki, Abubakar "Neftçi"yə bu mövsüm transfer olunub. Onunla klubla müqaviləsi 2026-cı ilin iyununda başa çatır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.