https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
search
3 İyul 2026

Bakıda 12 km məsafəyə qaçış yarışı təşkil olunacaq

Bakıda 12 km məsafəyə qaçış yarışı təşkil olunacaq

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası (AAF) və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə qaçış yarışı keçiriləcək.

525.az-a AAF-dan verilən məlumata görə, yarış "Bakı - Dünya İdman Paytaxtı" tədbirləri çərçivəsində baş tutacaq.

Veteranlar arasında dünya və Avropa çempionu Tarverdi Əliyevin 87-ci doğum gününə həsr olunacaq marafon 12 km məsafəni əhatə edəcək. Böyükşor Ekoloji Parkında keçiriləcək yarışda çempion özü də mübarizə aparacaq.

40, 50 və 60 yaşdan yuxarı marafonçuların iştirak edəcəyi turnirdə ilk 3 yeri tutanlara pul mükafatları, hədiyyələr, medal və sertifikatlar təqdim olunacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.