|
|
|
|

Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək “Zirə”nin rəqibləri bəlli olub.
525.az-a klubdan bildirilib ki, komanda Antalyada 3 matça çıxacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians” klubları ilə qarşılaşacaq.



