
"Zirə" heyətini Azərbaycan millisinin futbolçusu ilə gücləndirib.
525.az-a klubdan verilən məlumata görə, "qartallar" Rüfət Abdullazadə ilə müqavilə bağlayıb.
24 yaşlı vinger sonradan transfer edilmək hüququ ilə cari mövsümün sonunadək Xorvatiyanın "Varajdin" klubundan icarəyə götürülüb.



