https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
search
3 İyul 2026

Ronaldo rəhbərliyə "Real"ın oyunçusunu tövsiyə etdi

Ronaldo rəhbərliyə "Real"ın oyunçusunu tövsiyə etdi

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. Komandanın lideri Kriştiano Ronaldo da transfer siyasətində fəal iştirak edib.

QOL.az xəbər verir ki, "Fichajes" nəşrinin məlumatına görə, 40 yaşlı portuqaliyalı ulduz "Real"ın müdafiəçisi Antonio Rüdigerin komandaya gətirilməsini xahiş edib.

Məlumata görə, Ronaldo rəhbərliyə müraciət edərək almaniyalı futbolçunun transferini tövsiyə edib. O, hesab edir ki, Rüdigerin gəlişi ilə komandanın müdafiə xətti əhəmiyyətli dərəcədə güclənəcək.

Qeyd edək ki, Rüdigerin "kral klubu" ilə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.