https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
search
3 İyul 2026

“Qalatasaray” - “Fənərbaxça” derbisinin vaxtı dəyişdirildi

“Qalatasaray” - “Fənərbaxça” derbisinin  vaxtı dəyişdirildi

Türkiyə Super Kubokunda “Qalatasaray” - “Fənərbaxça” derbisinin başlama saatı dəyişdirilib.

525.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası rəsmi məlumat yayıb. Belə ki, final qarşılaşmasının vaxtına yenidən baxılıb.

Atatürk Olimpiya Stadionunda saat 20:30-da keçirilməsi planlaşdırılan oyun əlverişsiz hava şəraiti və gözlənilən fırtına ilə əlaqədar olaraq 18:45-ə təyin edilib. Qərar meteoroloji proqnozlar, İstanbul Valiliyinin xəbərdarlıqları və klubların nümayəndələri ilə aparılan müzakirələrdən sonra qəbul olunub.

Sinoptiklərin məlumatına görə, oyun günü İstanbulda güclü külək və yağış gözlənilir. Matç zamanı havanın temperaturunun 12 dərəcə, rütubətin isə 92 faiz olacağı bildirilir.

Qeyd edək ki, “Qalatasaray” - “Fənərbaxça” derbisi sabah, yanvarın 10-da baş tutacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.