https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
search
3 İyul 2026

"Neftçi" "Kayrat"a böyük hesabla qalib gəldi

"Neftçi" "Kayrat"a böyük hesabla qalib gəldi

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Əbu Dabidə keçirən “Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb.

525.az xəbər verir ki, "ağ-qaralar" Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb. Matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

"Ağ-qaralar"ın qollarını 67-ci dəqiqədə  Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurublar.

“Neftçi” toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

"Neftçi" sonuncu görüşlə Əbu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

Qeyd edək ki, "Neftçi" qış fasiləsinə 20 xalla 8-ci pillədə yollanıb. "Kayrat" isə Qazaxıstan Premyer Liqasının son çempionudur. Cari mövsümün tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan komanda hazırda turnirin sıralamasında 1 xalla sonuncu - 36-cıdır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.