https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
search
3 İyul 2026

Göyçayda 4 güləş zalı istifadəyə verilib

Göyçayda 4 güləş zalı istifadəyə verilib

Göyçayda 4 güləş zalı istifadəyə verilib.

525.az-a bu barədə Azərbaycan Güləş Federasiyasından bildirlib.

AGF regionlarda infrastrukturun və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Zalların açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, həmçinin federasiyanın baş katibi Pərvin Piriyev iştirak ediblər.

Güləş Federasiyasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Göyçay şəhərindəki 1, 3 və 6 saylı orta məktəblərin, eləcə də Qarabaqqal kənd orta məktəbinin idman zalları əsaslı şəkildə təmir olunaraq güləşçilərin ixtiyarına verilib.

Güləşin bütün növləri üzrə məşqlərin keçiriləcəyi bu mərkəzlərdə dərslər ödənişsizdir. Yeni istifadəyə verilən zallarda ümumilikdə 600-dən artıq idmançının hazırlıq keçməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, federasiya tərəfindən il ərzində mütəmadi olaraq bölgələrdə yeni güləş zallarının açılışı planlaşdırılır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.