https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
search
3 İyul 2026

"Yenə də çempion biz olacağıq" - Okan Buruk

"Yenə də çempion biz olacağıq" -  Okan Buruk

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Superkubokunun finalında "Fənərbaxça"ya uduzduqları (0:2) matç barədə danışıb.

525.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, hər iki komanda meydana bənzər planla çıxıb:

"İlk qol "Fənərbaxça"nı həm hesab, həm də özünəinam baxımından üstün etdi. Biz bu özünəinami oyunun ümumi gedişində ortaya qoya bilmədik. Bu stadionda, külək və yağış şəraitində topa toxunuşlarımız və idarəmiz çox pis idi. İlk hissədə öz səviyyəmizdən aşağı oynadıq".

İkinci yarıda taktiki dəyişikliklərdən danışan Buruk qeyd edib: "Sarı vərəqəsi olan Davinson Sançezi çıxarıb Mario Leminanı stoper mövqeyinə çəkdik. İkinci qolu çox erkən buraxdıq. Sonra rəqibin cərimə meydançasına yaxın oynasaq da, fərq yarada bilmədik. Bu gün qalib olmağı haqq edən biz deyildik. Rəqibimizi təbrik edirəm".

O, Buruk azarkeşlərə təşəkkür etməyi də unutmayıb: "Bu şəraitdə, yağış və külək altında bu stadionu dolduran azarkeşlərimizə minnətdaram. Onlara kuboku hədiyyə edə bilmədiyimiz üçün üzr istəyirəm. Amma yaxşı komandamız və oyunçularımız var. Türkiyə kuboku, Superliqa və Çempionlar Liqasında daha güclü şəkildə dönəcəyik".

Baş məşqçi  Superliqada çempion olacaqlarına inandığını da vurğulayıb: "Heç nə dəyişməyəcək. Yenə də çempion biz olacağıq. Komandama və oyunçularıma güvənirəm. Bu yarışa başlayırıq və mövsüm sonunda çempionluğu yenə birlikdə qeyd edəcəyik".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.