https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
search
3 İyul 2026

Kante "Fənərbaxça" ilə razılaşdı

Kante "Fənərbaxça" ilə razılaşdı

Türkiyənin “Fənərbaxça” klubu Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən N’Qolo Kante ilə bağlı danışıqları davam etdirir.

525.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Romano bildirib ki, çərşənbə axşamı baş tutan müsbət görüşdən sonra demək olar ki, Kante ilə “Fənərbaxça” arasında şəxsi şərtlər üzrə razılaşma əldə olunub. Hazırda isə İstanbul təmsilçisi “Əl-İttihad”la danışıqları davam etdirir. 

Qeyd olunub ki, pulsuz transfer variantı gündəmdə deyil. “Əl-İttihad” fransız futbolçunun keçidi üçün kompensasiya tələb edir.

Xatırladaq ki, 34 yaşlı dayaq yarımmüdafiəçisi 2023-cü ildə “Çelsi”dən azad agent kimi “Əl-İttihad”a keçib. O, Səudiyyə klubu ilə keçirdiyi 101 oyunda 9 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun “Əl-İttihad”la müqaviləsi bu yay başa çatır. Transfermarkt portalına görə, Kantenin hazırkı bazar dəyəri 4,5 milyon avrodur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.