https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
search
3 İyul 2026

Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi

Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) yanvar ayı üçün yenilənmiş dünya klub reytinqini açıqlayıb.

525.az xəbər verir ki, siyahıda 704 komanda yer alıb. Onların sırasında Azərbaycanın 6 təmsilçisi də var - “Qarabağ”, “Sabah”, “Zirə”, "Neftçi", “Araz-Naxçıvan” və "Turan Tovuz".

Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə 1 pillə geriləyərək 68-ci yerdən 69-cu sıraya düşüb. “Qarabağ”ın aktivində 182,5 xal var. 

Siyahıda ən ciddi irəliləyiş edən Azərbaycan klubu “Araz-Naxçıvan” olub. Komanda  (60,25) 486-cı pillədən 456-cı yerə yüksəlib. "Neftçi" (51,25) 563-cü yerdən 553-dək irəliləyib.  "Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Turan Tovuz" (45) isə 608-ci pillədən 627-yə düşüb.

Reytinqə Fransanın PSJ-si başçılıq edir (613 xal). İlk üçlüyü İspaniya “Real"ı (471) və İngiltərənin “Çelsi”si (447) tamamlayır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.