|
|
|
|

Hindistanın Bakıdakı səfiri Abhay Kumar Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
525.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
Təbrikini Azərbaycan dilində səsləndirən səfir deyib:
"Novruz bayramı münasibətilə Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram. Yenilənmə, harmoniya və ümid rəmzi olan Novruz Azərbaycan xalqının zəngin mədəni irsini, əsrlər boyu yaşadılan ənənələrini əks etdirir. Bu bayram yeni başlanğıclar gətirmək, dostluq, birlik bağlarını daha da möhkəmləndirmək üçün gözəl fürsətdir. Əminəm ki, tərəfdaşlığımız qarşıdakı illərdə daha da inkişaf edərək güclənəcək. Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulayıram. Novruz bayramınız mübarək".
Pərvanə Sultanova



