|
|
|
|

Dünya əmtəə bazarlarında qızılın qiyməti 4600 dollara yaxınlaşıb.
525.az xəbər verir ki, dünya bazarlarında qiymətli və sənaye metalları üzrə qiymətlərdə artım müşahidə olunub.
Belə ki, Comex birjasında qızılın iyun fyuçerslərinin qiyməti 158,30 ABŞ dolları və ya 3,57% artaraq 4 592,40 dollar/unsiya olub. Spot bazarda isə qızılın qiyməti 83,17 dollar və ya 1,86% artaraq 4 558,68 dollar/unsiya təşkil edib.
Eyni zamanda, gümüşün may fyuçersləri (Comex) 3,97 dollar və ya 5,71% bahalaşaraq 73,54 dollar/unsiyaya yüksəlib. Misin may fyuçersləri isə 7,60 dollar və ya 1,39% artaraq 553,10 dollar səviyyəsinə çatıb.



