|
|
|
|

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə vətəndaş qəbulu keçirəcək.
525.az-a bununla bağlı komitədən məlumat verilib.
Qeyd edilib ki, qəbul aprelin 10-u saat 10:00-da Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında baş tutacaq.
Qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətlərinə baxılacaq.



