|
|
|
|

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Araz qızı Quliyeva Çin Xalq Respublikasının Uhan şəhərində yerləşən Huazhong University of Science and Technology (HUST) Universitetinin Dövlət İdarəçiliyi fakültəsi üzrə doktorantura təhsilini uğurla başa vuraraq idarəetmə ixtisası üzrə (e-government istiqaməti) fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.
Qeyd edək ki, Leyla Quliyeva Binəqədi RİH başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələlər sektorunun əməkdaşıdır, dövlət qulluqçusudur.
Leyla Quliyevanın əldə etdiyi bu mühüm elmi nailiyyət ölkəmizin dövlət idarəçiliyi sahəsində insan kapitalının inkişafına töhfə olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də nümunəvi uğur kimi qiymətləndirilir.






