|
|
|
|

“Əmlak amnistiyasının tətbiqi iqtisadi aktivliyi artırmaq üçün mühüm addım ola bilər. Bu halda vətəndaşlar öz əmlaklarını rəsmi qeydiyyata alaraq kredit götürmək, alqı-satqı etmək və sığortadan yararlanmaq imkanına sahib olacaqlar”.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc 525.az-a söyləyib. O vurğulayıb ki, əmlak amnistiyasının tətbiqi iqtisadi aktivliyi artırmaq üçün mühüm addım ola bilər. Bu halda vətəndaşlar öz əmlaklarını rəsmi qeydiyyata alaraq kredit götürmək, alqı-satqı etmək və sığortadan yararlanmaq imkanına sahib olacaqlar:
“Hazırda çox sayda vətəndaşın əmlakı hüquqi statusa malik olmadığından onlar iqtisadi subyekt kimi fəaliyyət göstərə bilmir, bank kreditlərindən yararlana bilmir və sığorta imkanlarından kənarda qalır”.
Sevinc Qarayeva



