
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi çərçivəsində tikilən "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından indiyədək 2,1 mln. ton neft hasil edilib.
525.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ACE platformasından neft hasilatına başlanılmasından 2 il ötür.
"Hasilata başladığı tarixdən 15 aprel 2026-cı ilədək platformadan 2,1 milyon ton #neft hasil edilib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalanıb. 2017 il sentyabrın 14-də AÇG üzrə heft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib və yenidən tərtib olunaraq imzalanıb.
AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.



