|
|
|
|

Flandriya bölgəsində donuzların saxlandığı fermada güclü yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay dünən günorta saatlarında yaşanıb.
Alov fermanı demək olar ki, tamamilə külə döndərib. Hadisə yerinə gələn 10-dan çox yanğınsöndürmə briqadası heç nəyi qoruya bilməyib.
Qeyd edək ki, ferma sahibinin bildirdiyinə görə, 3 min civarında donuz diri-diri yanıb.
L.Tağıyeva



