|
|
|
|

ABŞ-ın Oman körfəzində ticarət gəmisinə endirdiyi zərbə nəticəsində ən azı 10 iranlı dənizçi yaralanıb, daha beş nəfər itkin düşüb.
525.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ABŞ Hörmüz boğazı və Oman körfəzi sularında ticarət gəmisinə hücum edib, nəticədə yanğın baş verib. Ticarət gəmisində 15 dənizçi olub. On yaralı dənizçi xəstəxanaya aparılıb, axtarış-xilasetmə qrupları itkin düşən dənizçilərin axtarışlarını davam etdirir.
Pərvanə Sultanova



