|
|
|
|

Stavropolda dünən 13 saylı orta məktəbin eyvanı uçub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 10 şagird xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər. 3 şagirdin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə əlaqədar qurumların əməkdaşları gəliblər. Qubernator Mixail Razvojayevin bildirdiyinə görə, eyvan məktəblilər kollektiv şəkil çəkdirən zaman uçub. Güman ki, ağırlığa tab gətirməyib.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
L.Tağıyeva



