|
|
|
|

“İran aprelin əvvəlində başlayan atəşkəs dövründə artıq bəzi dronların istehsalını bərpa edib”.
525.az xəbər verir ki, bu barədə CNN ABŞ-ın kəşfiyyat qiymətləndirmələri ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Amerika kəşfiyyatının hesabatına görə, İran silahlı qüvvələri gözləniləndən daha sürətlə bərpa olunur.
ABŞ prezidenti Donald Tramp mayın 20-də bildirib ki, İran sülh razılaşması əldə edilməsə, Tehrana qarşı hücum davam edəcək. Onun sözlərinə görə, Vaşinqton "düzgün cavabları almaq" üçün bir neçə gün gözləyə bilər.
Pərvanə Sultanova



