|
|
|
|

Özbəkistanın Nəmənqan şəhərində beynəlxalq gül festivalına start verilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, sayca 65-ci belə tədbirdir.
Bu dəfəki festivalda Nəmənqanın 754 məhəlləsinin hamısı iştirak edib. Şəhər başdan-başa gül-çiçəyə bürünüb. Məhz bu tədbir üçün son 1 ayda regionda 29 milyon gül becərilib. Özü də heç bir texnikadan istifadə edilmədən, tam təbii yolla. Məhz bu məqama görə Nəmənqan Ginnesin rekordlar kitabına düşüb.
Bu dəfəki festivalda 150 ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edir. Hələ 2 ay davam edəcək tədbirə bu müddətdə 5 milyon insanın qatılacağı gözlənilir.
Qeyd edək ki, Nəmənqan gül festivalı 1961-ci ildə təsis edilib. 2018-ci ildə isə beynəlxalq status alıb.
L.Tağıyeva



