|
|
|
|

“Biz süni intellekt, rəqəmsallaşma və data mərkəzləri məsələlərində diqqətli olmalıyıq. Bunların hər bir ayrı-ayrı strateji yanaşma tələb edir, bir-birlərini ilkin deyil, son mərhələdə tamamlayır və tamamilə fərqli anlayışlardır. Bir də biz rəqəmsallaşma ilə rəqəmsal xidmətlərin də eyni çəkidə olmadığını nəzərə almalıyıq. Rəqəmsallaşma və xidmətlərin rəqəmsallaşması fərqli yanaşmalar tələb edir. Xidmətlərin rəqəmsallaşdırılması rəqəmsallaşmanın bir hissəsidir. Ən vacib məqam isə budur ki, data kültürü olmadan, datanı dərk etmədən, vacibliyini hiss etmədən bizim rəqəmsal inkişafda ciddi maneə və çətinliklərlə üzləşmək risklərimiz yüksəkdir”.
Bunu 525.az iqtisadçı ekspert Elman Sadıqov 525.az-a bildirib. Ekspertin sözlərinə görə, biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır:
“İqtisadiyyatda olduğu kimi bu sahədə də copy-paste (kopyala yapışdır) yanaşması və ya bu məsələdə digər ölkələrin aktiv fazalarda cəlbi sonradan müəyyən fəsadlar yarada bilər. Biz ayrı-ayrı iqtisadiyyatlarda da bu fəsadları görürük. Biz bu sahədə nə ediriksə öz imkanlarımız, potensialımızla etməliyik. ABŞ, Çin başda olmaqla istisnasız olaraq bütün ölkələr, o cümlədən Türkiyə, Avropa ölkələri, Özbəkistan, Qazaxıstan, Ukrayna, Ermənistan, Gürcüstan, Baltikyanı və sair ölkələr bu sahədə müəyyən mərhələləri yalnız özləri öz milli maraqları çərçivəsində öz hesablarına həyata keçirirlər. Bu çox incə nüansdır”.
Sevinc Qarayeva



