|
|
|
|

Ukrayna rəsmi şəkildə BMT-yə müraciət edərək Donbass bölgəsinə sülhməramlı qüvvələrin göndərilməsini istəyib.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna XİN-in İnformasiya Departamentinin direktoru Yevgeni Perebiynıs açıqlayıb.
Y. Perebiynıs bildirib ki, sülhməramlı missiyanın həcmi və tərkibi BMT-dəki məsləhətləşmələrin nəticəsində müəyyənləşəcək. O, baş katib Pan Gi Muna ilkin sorğunun göndərildiyini və Ali Radanın qərarından sonra BMT-yə rəsmi müraciətin göndəriləcəyini söyləyib.



