|
|
|
|

“ABŞ-ın özündən razılığı və problemlərin bilməməsinin sintezi ilə açıq-aşkar böhtan beynəlxalq institutlar sistemində, o cümlədən təhlükəsizlik sahəsindəki balansın pozulmasına gətirib çıxarıb”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edib.
O bildirib ki, artıq bu proses Yaxın və Orta Şərqdə, habelə dünyanın digər regionlarında faciələrə səbəb olub. “Nəticədə dünya böhranlı duruma düşdü”, - deyə S. Narışkin qeyd edib.
Spiker həmçinin əlavə edib ki, Rusiyanın fikri ilə hesablaşmamaq cəhdləri faydasızdır.



