https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

FİFA-da prezident seçkisi: gənc şahzadə “qoca qurd”a qarşı

FİFA-da prezident seçkisi: gənc şahzadə “qoca qurd”a qarşı

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçiriləcək.

Qol.Az-ın məlumatına görə, seçki ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutacaq.

Bu vəzifəyə namizədlər qurumun hazırkı rəhbəri, 79 yaşlı Yozef Blatter və 39 yaşlı İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyndir.

Prezident seçkilərində Azərbaycan da daxil omlaqla FİFA-ya üzv olan 209 ölkə əlifba sırası ilə səs verəcək. Yeni prezident ilk turdaca qalib gəlmək üçün 209 üzv iştirak edəcəyi halda 140 səs toplamalıdır. Əgər namizədlərdən hansısa bu qədər səs toplamasa, o zaman ikinci tur keçiriləcək. Bu zaman isə sadəcə, ən çox səs toplayan namizəd qalib hesab ediləcək.

Seçki ərəfəsində FİFA rəsmilərindən bir neçəsi rüşvət ittihamı ilə həbs olunub. Bu fakt isə seçkidə hazırkı prezident Blatterin lazımi səsi toplamasına əngəl ola bilər. Bununla belə, Blatter yenə də favorit olaraq qalır. İsveçrəli futbol adamına Afrika və Asiyanın bütün ölkələrinin səs verəcəyi gözlənilir ki, bu da ümumilikdə 100 səs deməkdir. Avropa ölkələrinin mütləq əksəriyyəti isə Blatterin əleyhinədir.

Qeyd edək ki,  seçkidə Azərbaycanın kimə səs verəcəyi açıqlanmayıb.

Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.