https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

Blatter: “İmkan verməməliyik ki, FİFA-nın nüfuzu ayaqlar altında tapdalansın”

Blatter: “İmkan verməməliyik ki, FİFA-nın nüfuzu ayaqlar altında tapdalansın”

“Hazırda çətin dövrdən keçirik. Son hadisələr FİFA-ya və Konqresə kölgə salmaq xarakteri daşıyır”.

Apasport.az saytının məlumatına görə, bunu FİFA prezidenti Yozef Blatter deyib.
 
Hazırda İsveçrənin Sürix şəhərində FİFA-nın Konqresində yeni prezident seçkiləri gedir. Bu posta namizədlərdən olan hazırkı prezident Y. Blatter son günlər ali futbol qurumunun bir neçə rəsmisinin rüşvətxorluğa görə həbs olunmasını planlaşdırılmış iş olduğunu düşünür:

“Həbs olunanların əməllərini təşkilatın ümumi işi ilə əlaqələndirmək doğru deyil. Mən bu hadisələrin indi baş verməsini təsadüf saymıram. Hesab edirəm ki, əgər FİFA dünya çempionatının ev sahibliyini Rusiya və Qətərə verməsəydi, indi bu hadisələr baş verməzdi. Bu vəziyyətdən çıxmağa çalışmalıyıq.
 
İmkan verməməliyik ki, FİFA-nın nüfuzu ayaqlar altında tapdalansın. İndi irəli addımlamaq lazımdı. Biz futbolda hər şeyə nəzarət edə bilmərik. Bu sahədə 300 milyondan çox insan çalışır”.
 
Qeyd edək ki, Blatterlə yanaşı, İordaniya şahzadəsi Əli İbn Əl-Hüseyn də FİFA prezidentliyinə namizəddir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.